“İnterfaks”: "Boeing”-i vuranların hədəfində Putinin təyyarəsi ola bilərdi

“İnterfaks”: "Boeing”-i vuranların hədəfində Putinin təyyarəsi ola bilərdi
# 17 iyul 2014 21:45 (UTC +04:00)

APA-nın Lenta.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Rosaviasiya” hava nəqliyyatı federal agentliyindəki mənbə “İnterfaks”a bildirib.

Mənbəyə görə, prezidentin təyyarəsi və qəzaya uğramış “Boeing” göydə bir biri ilə eyni nöqtədə kəsişiblər. «Bu Varşava yaxınlığında, 330-cu hava eşelonunda, 10100 metr yüksəklikdə baş verib. Putinin təyyarəsi həmin nöqtədə 16:21-də, Malayziyaya məxsus təyyarə isə - 15:44-də orada olub. Təyyarələrin ölçüləri və rəngləri də oxşardır”, - deyə mənbə bildirib.

“Rosaviasiya”nın başçısı Aleksandr Neradko məlumatı şərh etməkdən imtina edib: “Bizim qurum prezident təyyarəsi barədə açıqlama vermir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR