Bu il Azərbaycanda 53,4 min nikah və 8 min boşanma qeydə alınıb

Bu il Azərbaycanda 53,4 min nikah və 8 min boşanma qeydə alınıb
# 16 oktyabr 2014 09:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən ölkə üzrə 53,4 min nikah və 8,0 min boşanma halları qeydə alınıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici müvafiq olaraq 8,5 və 1,3 təşkil edib.

Bu ilin yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1 299 nəfər gələn və 575 nəfər ölkədən gedən qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR