Astarada minik avtomobili dərəyə aşıb, 1 nəfər xəsarət alıb

Astarada minik avtomobili dərəyə aşıb, 1 nəfər xəsarət alıb
# 19 iyun 2016 16:59 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Astarada bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 19-da saat 18.00 radələrində rayonun Qamışovka kəndi ərazisində qeydə alınıb.

“Prado Toyota” markalı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı dərəyə yuvarlanıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb, sürücünün yanındakı sərnişin sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Onlar xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildə sıxılıb qalmış sərnişini, Çingiz Həsən oğlu İsmayılıvu çıxararaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR