ECONANO layihəsi üzrə magistrantların üç aylıq təcrübəsi sona çatıb

ECONANO layihəsi üzrə magistrantların üç aylıq təcrübəsi sona çatıb
# 05 iyun 2015 11:06 (UTC +04:00)

Bakı - APA. Avropa Birliyinin Tempus proqramı çərçivəsində ECONANO qrant layihəsində iştirak edən 12 magistrantın (o cümlədən Bakı Dövlət Universitetindən 6 nəfər) İtaliyanın La Sapienza, Fransanın Paris 13 və Yunanıstanın Patras universitetlərində üç aylıq təcrübələri sona çatıb.

Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, iyulun 8 və 9-da BDU-da həmin magistrantların postmagistr dissertasiyası müdafiəsi keçiriləcək, təcrübə müddətində əldə etdikləri nailiyyətlərinin təqdimatı olacaq.

Qeyd edək ki, BDU Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetinin koordinatorluğu ilə ECONANO layihəsini həyata keçirir. Layihədə Fransanın Paris 13, Yunanıstanın Patras Universitetləri, Azərbaycanın Memarlıq və İnşaat Universiteti, Qafqaz Universiteti, AzEcolab monitoring mərkəzi və Azərbaycanın Təhsil Nazirliyi iştirak edir. Layihənin əsas məqsədi "Nanotexnologiyaya əsaslanan ekoloji mühəndislik" ixtisaslaşmasında postmagistr tədris proqramının yaradılması və təkmilləşdirilməsini nəzərdə tutur.

Bu məqsədlə Azərbaycanın universitetlərini uğurla bitirmiş 12 nəfər magistr dərəcəsi almış mütəxəssis seçilib və onlara xüsusi proqram əsasında layihədə iştirak edən Avropa və Azərbaycan professorları mühazirələr oxuyublar.

BDU-da təşkil olunmuş nəzəri və laborator kurslarını bitirdikdən sonra onlar 3 ay müddətində postmagistr dissertasiya işlərini yerinə yetirmək üçün İtaliya, Fransa və Yunanıstan universitetlərində ezam olunmuşdular.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR