Vaşinqtonda tibbi mərkəzdə silahlı insident nəticəsində iki nəfər ölüb

Vaşinqtonda tibbi mərkəzdə silahlı insident nəticəsində iki nəfər ölüb
# 08 iyul 2014 22:32 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Vaşinqton ştatında yerləşən Deaconess Medical Center tibbi mərkəzində naməlum kişi atəş açıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şahidlərin sözlərinə əsasən, o, binaya daxil olaraq, yoldaşının çalışdığı 7-ci mərtəbəyə qalxıb. Burada o, üzərində gizlətdiyi silahı çıxaraq, əvvəlcə qadını qətlə yetirib, sonra isə özünə atəş açıb.

Məlumata görə, insident zamanı başqa heç kim xəsarət almayıb.

Polis və “təcili yardım” dərhal hadisə yerinə cəlb olunub. Cinayətkar həkimlərin gəldiyi an hələ sağ olsa da, aldığı ağır yaralardan bir neçə dəqiqə sonra keçinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR