Polis özbaşınalığı ABŞ-ın daha bir şəhərində kütləvi etirazlara səbəb olub - FOTOSESSİYA

Polis özbaşınalığı ABŞ-ın daha bir şəhərində kütləvi etirazlara səbəb olub - <span style="color: red;">FOTOSESSİYA
# 21 avqust 2014 22:31 (UTC +04:00)

Baku-APA. Missuri ştatının Fergyuson şəhərində bir neçə gün əvvəl qaradərili Mayk Braun və Daniel Uillardın qətli ilə nəticələnən polis özbaşınalığı ilə bağlı etiraz aksiyaları davam edir. APA-nın Amerika mətbuatına istinadən verdiyi xəbərə görə, etiraz aksiyaları Yuta ştatının paytaxtı Solt Leyk Siti şəhərini də əhatə edib.

Məlumata görə, bu şəhərdə etirazlara səbəb avqustun 11-də 20 yaşlı Dillon Teylor adlı gəncin “7-Eleven” mağazası qarşısında polis əməkdaşı tərəfindən qətlə yetirilməsi olub. Polis onun silahlı müqavimət göstərdiyini iddia etsə də, Teylorun tərəfdarları insident zamanı onun silahsız olduğunu bildirirlər.

Hadisədən 10 gün keçməsinə baxmayaraq, polisin bu insidenti gizlətməyə cəhd etməsi insanların qəzəbinə səbəb olub.

Etirazçılar polis məntəqəsinin qarşısında aksiya təşkil edərək “Ədalətsizliyə son” şüarları səsləndirib. Aksiya iştirakçıları polis terroruna və polis özbaşınalığının qurbanlarına qarşı ədalətsiz yanaşmaya son qoymağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR