Zaqatalada külli miqdarda narkotik bitki məhv edilib

Zaqatalada külli miqdarda narkotik bitki məhv edilib
# 17 iyul 2014 08:01 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada külli miqdarda narkotik bitki məhv edilib.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala RPŞ-nin və Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində birgə əməliyyat tədbiri keçirib.

Tədbir zamanı rayonun Muğanlı kəndinin inzibati ərazisində, meşə sahəsində 0,5 hektar sahədə yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Ümumi çəkisi 1520 kq olan 1330 ədəd narkotik tərkibli çətənə kolu bitkisi yığılaraq yandırılma yolu ilə məhv edilib. Zaqatala RPŞ-dən bildirilib ki, rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR