Amerikalı boksçu Robert Qerrero təyyarəyə silah keçirmək cəhdinə görə həbs olunub

Amerikalı boksçu Robert Qerrero təyyarəyə silah keçirmək cəhdinə görə həbs olunub
# 28 mart 2013 23:07 (UTC +04:00)

Bakı-APA. Nyu Yorkun Con Kennedi aeroportunda tapança ilə silahlanmış peşəkar boksçu Robert Qerrero təyyarəyə silah keçirmək cəhdinə görə həbs olunub.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, dünya çempionu tituluna 30 yaşlı namizəd Las Veqas şəhərinə təyyarə ilə getmək niyyətində olub. İdmançıya qarşı qanunsuz silah saxlanma ittihamı irəli sürülüb.

Qeyd edək ki, mayın 4-də Las Veqasda Robert Qerrero və Floyd Meyuezer arasında WBC versiyası üzrə görüş nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR