Sentyabrın 30-da Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, bu gün həyata keçirilən köç mərhələsində Xocalı şəhərinə 78 nəfərdən ibarət 17 ailə, Xocalının Xanyurdu kəndinə 1 ailə, 5 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə isə 4 nəfərdən ibarət 1 ailə qayıdıb. Beləliklə, ümumilikdə 19 ailə olmaqla 87 nəfərin Xocalı və Ağdərə rayonlarına köçü təmin edilib. Köçürülən sakinlərə yeni yaşayış mənzillərinin açarları təqdim olunub.
Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı mərhələli şəkildə həyata keçirilir.