Bank Of Baku

Noyabradək Azərbaycanın 30 rayonunda yerli sosial müdafiə mərkəzində «vahid pəncərə» sisteminə keçiləcək

Noyabradək Azərbaycanın 30 rayonunda yerli sosial müdafiə mərkəzində «vahid pəncərə» sisteminə keçiləcək
# 12 sentyabr 2008 09:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin sentyabr-oktyabr aylarında respublikanın şəhər və rayon mərkəzlərində Sosial Müdafiə Mərkəzləri üçün yeni tikilmiş 17 binanı istifadəyə verəcək.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə 30 rayonda belə binanın inşası nəzərdə tutulub. Artıq 13 belə bina istifadəyə verilib. Yeni binalarda nazirliyin indiyədək rayon və şəhərlərin ayrı-ayrı ərazilərində fəaliyyət göstərən bütün strukturları yerləşəcək. Bununla da mərkəzlərdə «vahid pəncərə» sisteminə keçid, əhaliyə operativ xidmət göstərilməsi təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR