Bank Of Baku

Sədərəkdə bir neçə obyekt istifadəyə verilib

Sədərəkdə bir neçə obyekt istifadəyə verilib
# 12 sentyabr 2008 09:14 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yeni xidmət obyektləri istifadəyə verilib. APA-nın yerli bürosunun Naxçıvan MR Ali Məclis aparatının mətbuat xidmətinə istinadən xəbərinə görə, rayonun Heydərabad qəsəbəsi və Qaraağac kəndi ərazisində əsgər məişət komplekslərinin açılış mərasimində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edib. V. Talıbov əsgərlərə yaradılan şəraitlə maraqlanıb. Ali Məclis sədri Heydərabad qəsəbəsində əsaslı təmir olunan 5 mənzilin açarlarını zabitlərə təqdim edib. V. Talıbov Ermənistanla sərhəd bölgəsində yerləşən müşahidə məntəqəsinə gedərək döyüş hazırlığı ilə maraqlanıb, müdafiə sisteminin təkmilləşdirilməsi və şəxsi heyətin yaşayış şəraitinin yaxşılaşdırılması barədə müvafiq tapşırıqlar verib. Həmin gün Ali Məclis sədrinin iştirakı ilə Sədərək rayonunda Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatının, Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin inzibati binalarının istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR