Bank Of Baku

İlin sonunadək Naxçıvanda 8 orta ümumtəhsil məktəbi istifadəyə veriləcək

İlin sonunadək Naxçıvanda 8 orta ümumtəhsil məktəbi istifadəyə veriləcək
# 12 sentyabr 2008 09:21 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. İlin sonunadək Naxçıvan Muxtar Respublikasında 8 orta ümumtəhsil məktəbi istifadəyə veriləcək. Naxçıvan MR Təhsil Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, hazırda regionun bölgələri üzrə 4 məktəb üçün yeni bina tikilir, eyni sayda orta ümumtəhsil müəssisəsində isə əsaslı təmir və yenidənqurma işləri aparılır. İstifadəyə veriləcək məktəb binaları müasir standartlara uyğun texniki avadanlıqlarla təchiz olunacaq, hərbi kabinələr, habelə kimya və biologiya fənlərinin əyani tədrisi üçün müvafiq laboratoriyalar yaradılacaq. Nazirlikdən onu da qeyd ediblər ki, tədbirlərlə əlaqədar dərs prosesində fasilə yaranmayacaq.
Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasında 222 məktəb var. Son 12 ildə 140-dan çox məktəb tikilib və ya əsaslı təmir olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR