Bank Of Baku

Azərbaycanın cənub rayonlarında ekoloji vəziyyətlə əlaqədar 252 akt tərtib edilib

Azərbaycanın cənub rayonlarında ekoloji vəziyyətlə əlaqədar 252 akt tərtib edilib
# 12 sentyabr 2008 10:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı şöbəsi bu ilin ötən müddəti ərzində Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlıda keçirdikləri yoxlamalar nəticəsində 252 akt və 41 inzibati protokol tərtib edib. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə bildirilib ki, təbiətə vurulmuş ziyana görə 225 iş üzrə 28 418 manat məbləğində iddia qaldırılıb. Onun 9 199 manatının ödənilməsi təmin edilib.
Meşə ehtiyatlarının mühafizəsi və qorunması sahəsində qanun pozuntusu faktları ilə əlaqədar 138 akt və 8 inzibati protokol tərtib edilib. Təbiətə vurulmuş ziyana görə 135 iş üzrə 23 938 manat məbləğində iddia qaldırılıb. Aşkar olunmuş qanun pozuntularına görə təqsirkar şəxslər barəsində inzibati qaydada 8 iş üzrə 5 720 manat məbləğində cərimə tətbiq olunub, 2 iş hüquq-mühafizə orqanlarına göndərilib.
Heyvanlar aləminin mühafizəsi və qorunması tələblərinin pozulması ilə əlaqədar 6 akt və protokol tərtib edilib, təbiətə dəymiş ziyana görə 88 manat məbləğində iddia hesablanıb.
Yerin təkinin və torpaq ehtiyatlarının mühafizəsi sahəsində yerin təkindən qanunsuz istifadəyə görə hüquqi və fiziki şəxslər barəsində 88 akt və 10 protokol tərtib edilib. Təbiətə vurulmuş ziyana görə 88 iş üzrə 4 347 manat məbləğində iddia qaldırılıb. Qanun pozuntularına görə təqsirkar şəxslər 7 iş üzrə 4 440 manat məbləğində cərimələnib.
Atmosfer havasının və su ehtiyatlarının tələblərinə riayət olunması vəziyyətinin yoxlanması ilə əlaqədar 4 akt, 2 protokol hazırlanıb, 1 iş üzrə inzibati qaydada 3 300 manat məbləğində cərimə tətbiq edilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına dair 1 məcburi göstəriş verilib.
«İstehsalat və məişət tullantıları haqqında» qanunun tələblərinin pozulması ilə əlaqədar 16 akt və 15 protokol tərtib olunub. Törədilmiş inzibati xətalarla əlaqədar təqsirkar şəxslər barəsində 22 080 manat məbləğində cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR