Bank Of Baku

Qubada mavi yanacaq təminatında problem yaranıb

Qubada mavi yanacaq təminatında problem yaranıb
# 20 sentyabr 2008 10:38 (UTC +04:00)
Quba. Solmaz Mehdiyeva-APA. Payız mövsümünün başlanması ilə əlaqədar Qubada mavi yanacağa olan tələbat artıb. Xüsusilə şəhərin mərkəzi hissəsində təbii qazla bağlı ciddi problem yaşanır. Quba Qaz İstismarı İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, şəhərin qaz təchizatının zəifləməsinin əsas səbəbi yeraltı qaz xətlərinin köhnəlməsi və yararsız hala düşməsidir. Şəhərə qazın verilməsindəki problemin aradan qaldırılması məqsədilə Quba rayon İcra Hakimiyyətinin büdcəsi hesabına təcili tədbirlər başlanıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov APA-nın yerli bürosuna açıqlamasında min üç yüz metr uzunluğunda olan şəhərdaxili yeraltı dəmir boruların yeni plastik borularla əvəzlənəcəyini deyib. Onun sözlərinə görə, hazırda yeraltı qaz xətlərinin yeni borularla əvəzlənməsi prosesi aparılır. Bu səbəbdən Quba şəhərinin bir neçə mərkəzi küçəsində avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR