Bank Of Baku

Naxçıvanın «Əshabi-Kəhf» ziyarətgahında yeni məişət obyekti istifadəyə verilib

Naxçıvanın  «Əshabi-Kəhf»  ziyarətgahında  yeni məişət obyekti istifadəyə verilib
# 22 sentyabr 2008 07:55 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının «Əshabi-Kəhf» ziyarətgahında yeni məişət obyekti istifadəyə verilib. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, yeni obyekt əraziyə gətirilən qurbanlıq heyvanların sanitar-gigiyenik normalar çərçivəsində kəsilməsi, ət məhsullarının saxlanılması məqsədilə inşa olunub. Bununla bağlı birmərtəbəli obyektin daxilində ayrı-ayrı otaqlar tikilib. Yeni obyektin tikintisi ziyarətgah ərazisində ilk dəfə olaraq qurbanlıq heyvanların satışına da imkan verəcək. Nazirlikdən onu da bildiriblər ki, muxtar respublika rəhbərliyinin tapşırığı ilə növbəti mərhələdə ərazidə yarana biləcək sürüşmə ehtimalının qarşısının alınması məqsədilə terras üsulu ilə yaşıllaşdırma işləri aparılacaq, damcı üsulu ilə suvarma sisteminin quraşdırılması həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR