Bank Of Baku

Qara Dəniz Universitetləri şəbəkəsinin yubiley konfransında Azərbaycan nümayəndə heyəti də iştirak edib

Qara Dəniz Universitetləri şəbəkəsinin yubiley konfransında Azərbaycan nümayəndə heyəti də iştirak edib
# 22 sentyabr 2008 08:18 (UTC +04:00)
Bakı-APA. Rumıniyanın Konstansa şəhərində Qara Dəniz Universitetləri şəbəkəsinin yaradılmasının 10 illiyi münasibəti yubiley konfransı keçirilib. Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə on iki dövlətin elm və təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri, o cümlədən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin üzvləri tədbirin açılış mərasimində və plenar sessiyalarda çıxışları, eyni zamanda sessiya çərçivəsində görüşləri zamanı Azərbaycanda elm və təhsil sahəsində əldə olunan nailiyyətlər, rəhbərlik etdikləri təhsil ocaqlarının tarixi, fəaliyyəti barədə məlumat veriblər.
2002-2004-cü illər üzrə Qara Dəniz Universitetləri şəbəkəsinin prezidenti vəzifəsində çalışan A. Məhərrəmov universitetlər şəbəkəsinin fəaliyyətinə verdiyi töhfələrə görə fəxri diplomla təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR