Bank Of Baku

Azərbaycan Müəllimlərinin XIII qurultayı keçirilir

Azərbaycan Müəllimlərinin XIII qurultayı keçirilir
# 22 sentyabr 2008 10:11 (UTC +04:00)
APA-nın məlumatına görə, 800-dək nümayəndənin qatıldığı qurultayın açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, XII qurultayın keçirilməsindən ötən beş il ərzində təhsilə ayrılan büdcə 5 dəfədən çox ataraq 1,1 milyard manata, investisiya qoyuluşları isə 5,8 milyondan 200 milyon manata çatıb. Təhsil işçilərinin əmək haqqı 6, tələbələrin təqaüdü 10, aspirantların təqaüdü 4,5 dəfə artıb. Təhsil tarixində ilk dəfə olaraq 14 inkişaf yönümlü dövlət proqramı təsdiq olunub. Təhsilin ayrı-ayrı pillələri haqqında məlumat verən nazirin sözlərinə görə, son 20 ildə ilk dəfə olaraq Bakıda 11 yeni uşaq bağçası tikilib istifadəyə verilib. İlin sonunadək 21 uşaq bağçası əsaslı təmir və avadanlıqlara təchiz ediləcək.

M. Mərdanov Azərbaycanda məktəbəqədər təhsil sistemində uğurlu nəticələrə hələ nail ola bilmədiklərini də etiraf edib: “Uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi xeyli müddətdir 16 faizdən yuxarı qalxmır. Halbuki həmin göstərici Finlandiyada 99, Almaniyada 90, bir sıra MDB ölkələrində isə 50-85 faizdir. Təhlil göstərir ki, şəraitsizlik üzündən hər il 1-ci sinfə qəbul olunan uşaqların orta hesabla 20 faizi bağçalardakı məktəbə hazırlıq qruplarından gəlir. Ona görə də yaranmış vəziyyəti nəzərə alaraq, məktəbə hazırlıq mərhələsinin ümumtəhsil məktəblərində təşkil olunması üçün hökumətin dəstəyinə ehtiyacımız var”.

M. Mərdanov qeyd edib ki, artıq 5-11-ci siniflərdə hər 29 şagirdə 1 kompüter düşür. Bu il ərzində 200 məktəbin genişzolaqlı internetlə təmin olunması, DATA mərkəzin, elektron tədris resursları bazasının, vahid təhsil portalının yaradılması və s. məsələlər nərədə tutulub. 2008-2009-cu tədris ilindən isə 1-ci siniflərdə yeni kurrikulumlarla tədrisə başlanılıb.

Texniki peşə məktəblərinin mövcud problemlərindən də bəhs edən M. Mərdanov əlavə edib ki, bu il 8 peşə təhsili müəssisəsinin əsaslı təmiri başa çatdırılacaq. Nazirin bildirdiyinə görə, 2006-cı ilin sentyabrında Azərbaycanın 21 ali məktəbində 30 ixtisas üzrə 40 tələbə əhatə olunmaqla kredit sisteminin tətbiqinə başlanılıb. Bundan əlavə, 15 ali və 6 orta-ixtisas təhsil müəssisəsi akkreditə olunub.

Daha sonra qurultaya təbrik məktubları oxunub, təhsil problemləri mövzusunda nümayəndələrin çıxışları olub. Hazırda qurultay işini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR