Bank Of Baku

Elmi inkişafı üzrə Dövlət Proqram layihəsinin hazırlanması yekunlaşır

Elmi inkişafı üzrə Dövlət Proqram layihəsinin hazırlanması yekunlaşır
# 22 sentyabr 2008 10:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyası “2009-2015-ci illərdə elmi inkişafı üzrə Dövlət Proqramı”nın layihəsini yekunlaşdırmaq üzrədir. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov məlumat verib. Nazir hesab edir ki, bu proqram təsdiq edildikdən sonra elm sahəsinin inkişafında əsaslı dəyişikliklər baş verəcək. M. Mərdanovun sözlərinə görə, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın layihəsi, eyni zamanda UNESCO və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun hazırlanmış ixtisasların yeni siyahısı da hökumətə təqdim edilib. Nazir bildirib ki, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” layihəsində ali təhsil sistemində keyfiyyətin təmin olunması məqsədi ilə normativ-hüquqi bazanın, məzmunun və təlim texnologiyalarının yeniləşdirilməsi, ali məktəblərin strukturunun və idarə olunması sisteminin modernləşdirilməsi, əmək bazarının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi və s. öz əksini tapıb. M. Mərdanov qeyd edib ki, hazırda Azərbaycanın ali məktəblərində 50 ölkədən 6500 əcnəbi tələbə, xarici ölkələrin ali məktəblərində isə 4000 azərbaycanlı tələbə təhsil alır. Xarici ölkələrdə təhsil alan tələbələrin 1000 nəfəri dövlət hesabına oxuyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR