Bank Of Baku

Misir Mərdanov: “Bu il 70 mindən artıq şagird müasir tələbələrə uyğun məktəblərdə təhsil alacaq”

Misir Mərdanov: “Bu il 70 mindən artıq şagird müasir tələbələrə uyğun məktəblərdə təhsil alacaq”
# 22 sentyabr 2008 10:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu ilin sonunadək Azərbaycanda 161 yeni məktəb binası istifadəyə veriləcək, 129 məktəbin binasının əsaslı təmiri isə başa çatdırılacaq. APA-nın məlumatına görə, bu barədə məlumat verən Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, bununla da son illərdə yeni tikilmiş və əsaslı təmir edilmiş məktəblərin sayı 1600-ü ötəcək. Ümumilikdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin 50 faizi müasir tələbələrə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə edəcək. M. Mərdanov deyib ki, 2008-2012-ci illərdə 450 məktəb üçün yeni binanın inşası, 600-dən çox məktəb üçün əlavə korpusların tikintisi, 1200 məktəbin əsaslı təmiri nəzərdə tutulub. Nazir hesab edir ki, bunun nəticəsində Azərbaycan məktəblərində çox növbəliliyin ləğvi və 5 günlük tədris həftəsinə keçmək mümkün olacaq. M. Mərdanovun bildirdiyinə görə, bu ilin sonunadək ölkə üzrə istilik sistemi bərpa edilmiş məktəblərin sayı 500-ü ötəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR