Bank Of Baku

Ağcabədidə məcburi köçkünlərin kənd təsərrüfatı suyu ilə təminatı üçün yeni su-nasos stansiyası işə salınıb

Ağcabədidə məcburi köçkünlərin kənd təsərrüfatı suyu ilə təminatı üçün yeni su-nasos stansiyası işə salınıb
# 22 sentyabr 2008 11:07 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu-APA. Ağcabədinin “Taxta körpü” adlanan ərazisində məskunlaşmış məcburi köçkünlərin kənd təsərrüfatı suyu ilə intensiv təmin edilməsi üçün Kür çayı üzərində elektrik enerjisi ilə işləyən su-nasos stansiyası işə salınıb. Bu barədə APA-nın Qarabağ bürosuna Laçın rayon İcra hakimiyyətindən məlumat verilib.Hazırda dizelə işləyən daha iki nasos stansiyasının isə elektrik şəbəkəsinə qoşulması prosesi gedir. Nasoslar ayrı-ayrılıqda hər biri 100 ailədən ibarət üç obaya xidmət göstərəcək.

Laçın rayon İcra Hakimiyyətindən bildiriblər ki, burada yaşayan məcburi köçkünlərin içməli su ilə bağlı təminatında yaranmış çətinliklərin aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirlikdən verilən cavaba görə, məcburi köçkünlərin kompakt şəkildə yaşadığı obaların yaxınlığında su təmizləyici qurğuların inşa olunması üçün layihə hazırlanır. Yaxın gələcəkdə bu layihənin icrasına başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR