Bank Of Baku

Azərbaycanda “Xəzər həftəsi” başlayıb

Azərbaycanda “Xəzər həftəsi” başlayıb
# 22 sentyabr 2008 11:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Sentyabrın 22-dən 28-dək BMT-nin elan etdiyi "Beynəlxalq Dəniz Günü" ilə əlaqədar Azərbaycanda “Xəzər həftəsi” keçiriləcək. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Xəzər həftəsi” ilə bağlı artıq tədbirlər planı hazırlanıb. Həftə müddətində Xəzərin Azərbaycana aid 955 kilometrlik sahil zolağında – Bakı, Sumqayıt, Nabran, Neftçala və Lənkəranda vətəndaşların, yerli icra strukturlarının və təhsil müəssisələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, BMT-nin qərarı ilə 1978-ci ildən hər il sentyabr ayının sonuncu həftəsi "Beynəlxalq Dəniz Günü" kimi qeyd olunur. Bu tədbirin keçirilməsində əsas məqsəd bütün dünyada cəmiyyətin, dövlətin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunması probleminə yönəltməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR