Bank Of Baku

Yanvar-avqust aylarında Azərbaycanda pullu xidmətlərin həcmi 30% artıb

Yanvar-avqust aylarında Azərbaycanda pullu xidmətlərin həcmi 30% artıb
# 22 sentyabr 2008 12:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə 2 027,7 mln. manatlıq və ya 29,6% çox pullu xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 67%-ni özəl sektorun müəssisələri təmin edib. Özəl sektorun müəssisləri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2007-ci ilin müvafiq dövrünün səviyyəsini 25,8% üstələyərək 1 511,7 mln. manata çatıb.
Cari ilin yanvar-iyul ayarlında ticarət və xidmət sektorunda 295 min nəfər və ya 2007-ci ilin eyni dövründə olduğundan 11 308 nəfər çox işçi çalışıb. İşçilərin 90,8%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri 5,5%-i mehmanxana və restoranlarla xidmət göstərilməsi, 3,7%-i isə ticarət və xidmətin digər sahələrində çalışıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2008-ci ilin yeddi ayında ticarət və xidmət sektorunda çalışan işçilərin orta aylıq nominal əmək haqqı 33,4% artaraq 201,3 manat təşkil edib.
İşçilərin 97%-i qeyri-dövlət sektorunda, 3%-i isə dövlət sektorunda məşğul olub. Qeyri-dövlət sektorunda çalışanların orta aylıq əmək haqqının məbləği 33,6% artaraq 201,4 manata, dövlət sektorunda çalışanların orta aylıq əmək haqqının məbləği isə 27,2% artaraq 199,3 manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR