Bank Of Baku

Turizm İnstitutunda “İsrail Azərbaycan gənclərinin gözü ilə” adlı sərgi açılıb

Turizm İnstitutunda “İsrail Azərbaycan gənclərinin gözü ilə” adlı sərgi açılıb
# 22 sentyabr 2008 12:52 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Turizm İnstitutunda “İsrail Azərbaycan gənclərinin gözü ilə” adlı sərgi açılıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Artur Lenk bildirib ki, İsrailin 60 illiyi ilə bağlı 42 Azərbaycan gənci bu ölkədə səfərdə olub: “Fotokameralarla təchiz olunmuş gənclər İsraili Azərbaycanda daha çox tanıtmaq üçün bu fotoları çəkiblər. Turizm insanların bir birini tanıması üçün çox səmərəli vasitədir”. Azərbaycanda 3 il ərzində çalışdığı dövrdə Quba, Şəki və digər rayonlarda olduğunu deyən diplomat, ölkəmizin gözəl turizm imkanlarına malik olduğunu söyləyib. A. Lenk bildirib ki, Turizm İnstitutunun tələbələrinin İsraildə otellərdə çalışmasını nəzərdə tutan proqram üzərində iş aparılır. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açılmış sərginin turizmin inkişafına xidmət edəcəyini bildirib: “Fotoqrafiya incəsənət növüdür, onun müasir tərzdə yaşaması böyük imkanlara yol açır”. Nazirin sözlərinə görə, bu il institutun 70 tələbəsi Yunanıstan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətində olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR