Bank Of Baku

Sentyabrın 25-dək gözlənilən hava şəraiti ürək-damar xəstəlikləri olan insanlar üçün narahatlıq yarada bilər

Sentyabrın 25-dək gözlənilən hava şəraiti ürək-damar xəstəlikləri olan insanlar üçün narahatlıq yarada bilər
# 22 sentyabr 2008 15:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Sentyabrın 25-dək Abşeron yarımadasında proqnozlaşdırılan meteoroloji şərait ürək-damar xəstəliklərindən əziyyət çəkən meteohəssas insanlar üçün nisbətən əlverişsiz olacaq. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 23-24-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdləri gözlənilir. Sentyabrın 24-də gündüz və 25-də gilavarın arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR