Bank Of Baku

Gələn ay Bakıda İKT təhsil nazirlərinin dördüncü toplantısı keçiriləcək

Gələn ay Bakıda İKT təhsil nazirlərinin dördüncü toplantısı keçiriləcək
# 22 sentyabr 2008 15:36 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Oktyabrın 6-8-də Bakıda İslam Konfransı Təşkilatının təhsil nazirlərinin dördüncü toplantısı keçiriləcək. APA-nın İSESCO-ya istinadən yaydığı məlumata görə, təhsil nazirləri dördüncü iclasda “İslam dünyasının universitetləri”, “İKT ölkələrində qadın alimlərin şəbəkəsinin yaradılması” və s. mövzularda müzakirələr aparılacaq. Bundan başqa konfransda islam ölkələrində elm, texnologiyalar və innovasiyalarla bağlı strategiyalar da müzakirə olunacaq. Konfrans çərçivəsində ən müxtəlif dəyirmi masaların təşkili nəzərdə tutulur. Toplantıda İSESCO-nun baş katibi ötən sessiyadan keçən müddət ərzində görülən işlər barədə iştirakçılara məlumat verəcək. Təhsil nazirləri həmçinin elm və texnologiyaların inkişafına dair milli proqramlar ətrafında fikir mübadiləsi aparacaq, İSESCO-nun elm sahəsində keçirdiyi müsabiqənin qalibini elan edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR