Bank Of Baku

Sabah Azərbaycan Qadınlarının III Qurultayı keçiriləcək

Sabah Azərbaycan Qadınlarının III Qurultayı keçiriləcək
# 25 sentyabr 2008 11:54 (UTC +04:00)
Azərbaycan qadınlarının toplantısına qatılmaq üçün Misir, Küveyt, Gürcüstan, Rusiya, Türkiyə, Litva, ABŞ, İordaniya və İsveçrədən 28 nümayəndə dəvət edilib. Qurultayda iştirak etmək üçün Misirin I xanımı Suzan Mübarək, Türkiyənin Qadın və Ailə Məsələləri üzrə dövlət naziri Nimet Çubukçu, ABŞ-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Litva Respublikasının Müdafiə Nazirliyinin dövlət katibi Jurate Raquçiene, İordaniyanın Qadın Məsələləri üzrə Milli Komitəsinin baş katibi Əsma Xader artıq Bakıya gəlib. Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası Giulli Alasaniyanın da Azərbaycana səfəri gözlənilir. Bundan başqa Rusiya Federasiya Şurasının sədr müavini Svetlana Orlova da qurultayda iştirak etmək üçün Bakıya gələcək.
Toplantıda Azərbaycanda qadın hərəkatının bugünkü vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda fikir mübadiləsi aparılacaq, çıxışlar dinləniləcək. Bir gün davam edəcək qurultayın sonunda Azərbaycan prezidentinə və beynəlxalq təşkilatlara müraciət, yekun qətnamə qəbul olunacaq.
Qeyd edək ki, bu gün Azərbaycanda millət vəkillərinin 11,2 faizi, dövlət qulluğunda çalışanların 39 faizi, hakimlərin 14 faizi qadındır. Bu gün ölkədə 3.062 qadın elmlər namizədi, 226 qadın isə elmlər doktorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR