Bank Of Baku

Ucarda enerji verilməsində fasilə yaranıb

Ucarda enerji verilməsində fasilə yaranıb
# 25 sentyabr 2008 12:30 (UTC +04:00)
Ucar-Zahid Abışov-APA. Dünən axşamdan Ucar rayonunun bir neçə kəndinə və rayon mərkəzinə enerji verilməsində fasilə yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsinin müdiri Faiq Hacıyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, enerji verilməsində yaranan problem rayona güclü yağışların yağması ilə bağlıdır. F. Hacıyev deyib ki, rayona 1956-cı ildə çəkilmiş elektrik xətləri köhnəldiyi üçün küləkli, yağışlı havalarda enerji verilməsində problemlər yaranır. Onun sözlərinə görə, bu gün səhər Ucar rayon mərkəzinə enerji verilməsi bərpa olunub. Kəndlərə enerjinin nə zaman veriləcəyi isə məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR