Bank Of Baku

İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasının açılışı keçirilib

İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasının açılışı keçirilib
# 27 sentyabr 2008 14:40 (UTC +04:00)
İsmayıllı. Şahnəzər Bəşirov-APA. Bu gün İsmayıllı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni tikilən inzibati binasının açılış mərasimi keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov iştirak edib. Nazir deyib ki, bu, il ərzində istifadəyə verilən 13-cü mərkəzdir. Onun sözlərinə görə, ilin sonuna kimi daha 17 rayonda əmək və əhalinin sosial müdafiəsi mərkəzlərinin inzibati binalarının istifadəyə verilməsi planlaşdırılır.
F. Ələkbərov jurnalistlərə açıqlamasında bu ilin sonuna kimi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 496 mənzilin tikilib istifadəyə verilməsinin nəzərdə tutulduğunu da deyib. Nazir bildirib ki, bu rəqəm ötən illə müqayisədə 3 dəfə çoxdur. F. Ələkbərov bu günlərdə Mingəçevir şəhərində, Tovuz və Qəbələ rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 90 mənzilli 3 yaşayış binasının istifadəyə verildiyini qeyd edib. Onun sözlərinə görə, yaxın günlərdə daha 5 yaşayış binasının istifadəyə verilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR