Bank Of Baku

Lənkəranda “Mən ilk dəfə səs verirəm” mövzusunda dəyirmi masa keçirilib

Lənkəranda  “Mən ilk dəfə səs verirəm” mövzusunda dəyirmi masa keçirilib
# 03 oktyabr 2008 22:30 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda prezident seçkiləri ilə əlaqədar “Mən ilk dəfə səs verirəm” mövzusunda dəyirmi masa keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Ramil Həsənov deyib ki, Azərbaycan əhalisinin 4 milyon 750 min nəfəri seçki hüquqlu vətəndaşlardır, onların 50 faizini gənclər təşkil edir. R. Həsənov qeyd edib ki, prezident seçkilərində ölkə üzrə 18 min gənc ilk dəfə səs verəcək. R. Həsənov sayca üçüncü olan “Mən ilk dəfə səs verirəm” tədbirinin əsas məqsədinin gənclərin seçkilərə hazırlıq prosesini yoxlamaq, ilk dəfə səs verəcək gənclərin seçkilərə nə məqsədlə getmələrini onlara izah etməkdən ibarət olduğunu bildirib.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov ilk dəfə səs verəcək gəncləri təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR