Bank Of Baku

İSESCO-nun baş direktoru müsəlman ölkələrindəki universitetlərdən narazıdır

İSESCO-nun baş direktoru müsəlman ölkələrindəki universitetlərdən narazıdır
# 07 oktyabr 2008 10:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. İslam ölkələrinin elm və təhsil nazirlərinin Bakıda keçirilən IV konfransı bu gün öz işini davam etdirib. APA-nın məlumatına görə, toplantıda müsəlman ölkələrindəki 20 universitetin dünyanın 500 nüfuzlu ali məktəbinin siyahısına daxil edilməsi ilə bağlı müzakirələr aparılıb. İclasa sədrlik edən Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, islam ölkələrindəki nüfuzlu ali məktəbləri müəyyənləşdirərkən tələskənliyə yol vermək olmaz. Bu məsələdə Azərbaycan ekspertlərinin iştirakının təmin olunmasını istəyən M. Mərdanov çox ciddi araşdırmalardan sonra qərar qəbul edilməsini vacib sayıb. Nazir hesab edir ki, bu məsələ ilə bağlı sənəd layihəsi bütün üzv ölkələrə göndərilməli və yalnız ekspertlərin rəyindən sonra təsdiqlənməlidir.

İslam ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri isə ən yaxşı universitetləri müəyyənləşdirmək məqsədilə müsəlman ölkələrinə göndərilən anketlərin hələ də cavablandırılmamasından narazı qaldığını açıqlayıb. Baş direktorun sözlərinə görə, indiyədək yalnız 12 islam ölkəsində fəaliyyət göstərən 90 universitet bu anketi cavablandırıb. O, islam ölkələrinin ali təhsil və elmi tədqiqat nazirlərinin V konfransınadək bu məsələnin öz həllini tapmasının vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR