Bank Of Baku

Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə sənəd qəbulunun müddəti uzadılıb

Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə sənəd qəbulunun müddəti uzadılıb
# 09 oktyabr 2008 14:40 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vətəndaşların müraciətini nəzərə alaraq dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə sənəd qəbulunun müddətini oktyabrın 17-nə qədər uzadıb. Bu barədə APA-ya Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən məlumat verilib. Bu il sentyabrın 11-də elan edilən sənəd qəbulunun oktyabrın 10-da yekunlaşması nəzərdə tutulmuşdu.

Qeyd edək ki, son məlumata görə, 33 dövlət orqanının 601 vakant yerinə 1493 namizəd sənəd verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR