Bank Of Baku

Oktyabrın 24-də Bakıda VIII beynəlxalq təhsil yarmarkası keçiriləcək

Oktyabrın 24-də Bakıda VIII beynəlxalq təhsil yarmarkası keçiriləcək
# 20 oktyabr 2008 11:56 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Oktyabrın 24-də Bakıda VIII beynəlxalq təhsil yarmarkası keçiriləcək. Bu barədə APA-ya Bakı İnformasiya Təhsil Mərkəzindən məlumat verilib. Yarmarkada Birləşmiş Ştatların 19, Azərbaycanın 16, Böyük Britaniyanın 2, digər Avropa ölkələrinin çoxlu sayda ali təhsil müəssisələri iştirak edəcəklər. Yarmarka iştirakçıları xarici təhsil müəssisələri və onların tədris proqramları haqqında zəruri məlumatlar toplamaq imkanı əldə edəcəklər. Qeyd edək ki, yarmarka Təhsil Nazirliyi və ABŞ səfirliyinin dəstəyi ilə təşkil olunur. Tədbirin təşkilatçıları Bakı İnformasiya Təhsil Mərkəzi və ABŞ Tədris Qrupudur (USEG).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR