Bank Of Baku

Azərbaycanın Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi genişləndirilib

Azərbaycanın Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi genişləndirilib
# 20 oktyabr 2008 13:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisindən 23 292 hektar, Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisindən 213 hektar meşə fondu torpaqları hesabına Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisini 23 505 hektar genişləndirib.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bunun nəticəsində qoruğun ümumi ərazisi 47 349 hektara çatdırılıb. Bu işlər Nazirlər Kabinetinin oktyabrın 17-də verdiyi sərəncam əsasında görülüb.
Nazirlikdən bildirilib ki, ərazidə ekosistemin bütövlüyünün qorunub saxlanması məqsədilə qoruqla həmsərhəd yerləşən və vahid ekosistemi əhatə edən ərazinin 7 079 hektarlıq sahəsində Zaqatala Dövlət Təbiət Yasaqlığının yaradılması istiqamətində aparılan işlər artıq başa çatmaq üzrədir.
Gələcəkdə beynəlxalq təşkilatların tövsiyələri ilə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq komissiyasının 2007-ci il sentyabrın 27-də keçirilmiş 4-cü iclasında əldə edilmiş razılıq əsasında bütöv meşə massivini birləşdirən və vahid ekosistem təşkil edən Balakən-Laqodexi sərhədyanı Xüsusi Mühafizə Olunan Təbiət Ərazisinin yaradılması həyata keçiriləcək. Bununla da Azərbaycanda ilk Biosfer Qoruq yaradılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri 771 907,7 hektar olmaqla, ölkə ərazisinin 8,91%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR