Bank Of Baku

Azərbaycan paytaxtında turizm üzrə tələbə yarmarkası keçiriləcək

Azərbaycan paytaxtında turizm üzrə tələbə yarmarkası keçiriləcək
# 20 oktyabr 2008 13:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi Azərbaycan Turizm İnstitutu ilə birgə tələbələr üçün «Karyerada ilk addım» adı altında tələbə yarmarkası keçirəcək.
İdarədən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə tələbələr əmək bazarında təhsil aldıqları ixtisaslara olan tələbat barədə məlumat alacaq, işəgötürənlərin bununla bağlı təqdim etdikləri iş yerləri ilə tanış olacaqlar. Tədbirin oktyabrın 24-ü və ya 31-də keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR