Bank Of Baku

Bakıda “Fizikanın müasir problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Fizikanın müasir problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 20 oktyabr 2008 14:08 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Noyabrın 18-də Bakıda “Fizikanın müasir problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun elmi katibliyindən məlumat verilib. Konfrans 150 elmi əsərin və 30-dan çox ixtiranın müəllifi olan akademik Həsən Abdullayevin xatirəsinə həsr olunub. Dünyanın bir çox ölkələrinin görkəmli alim və mütəxəssislərinin iştirak edəcəyi konfransda yarımkeçiricilər fizikası, biofizikaya dair yeni tədqiqatlar ətrafında fikir mübadiləsi aparılacaq, birgə əməkdaşlıq məsələləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR