Bank Of Baku

Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional İdarəsinin açılış mərasimi keçirilib

Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional İdarəsinin açılış mərasimi keçirilib
# 20 oktyabr 2008 14:54 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu-APA. Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional İdarəsinin açılış mərasimi keçirilib. Açılış mərasiminə qatılan Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov jurnalistlərə bildirib ki, idarə İmişli, Beyləqan, Füzuli, Mingəçevir və digər ətraf rayonları əhatə edəcək. Qurumun əməkdaşları sözügedən rayon və şəhərlərdə baş verən bütün miqrasiya proseslərini yaxından izləyə biləcəklər. İdarə vətəndaşlıq məsələləri, ölkəyə gəlmək, daimi və müvəqqəti qeydiyyat, qaçqınlar, əmək miqrantları və başqa bu kimi məsələlərin həlli ilə məşğul olacaq. Arzu Rəhimov ölkəyə üz tutan əcnəbilərin sayının vaxtaşırı dəyişdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR