Bank Of Baku

Azərbaycandakı kimsəsiz uşaqların sayı müəyyənləşdiriləcək

Azərbaycandakı kimsəsiz uşaqların sayı müəyyənləşdiriləcək
# 20 oktyabr 2008 15:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) noyabrın əvvəllərində ölkədə olan kimsəsiz uşaqların sayını müəyyənləşdirəcək. Komitənin uşaq şöbəsinin müdiri Sənubər Əlizadənin APA-ya verdiyi məlumata görə, artıq problemlə əlaqədar müvafiq orqanlara sorğular göndərilib. Artıq kimsəsiz uşaqların yaşadıqları yerlər də müəyyənləşdirilib. Sənubər Əlizadənin sözlərinə görə, əsas problemlərdən biri kimsəsiz uşaqları küçələrdən yığılması ilə məşğul olacaq kadrlarla bağlıdır. “Küçə uşaqları çox spesifik təbəqədir. Hətta ən savadlı psixoloqlar belə onlarla işləyəndə çətinlik çəkirlər. Ona görə də həmin işlə məşğul olacaq kadrlara treninqlər keçiriləcək”. S. Əlizadə bildirib ki, başlanğıcda az sayda uşağı əhatə edən layihə çərçivəsində tədricən bütün küçə uşaqları barədə məlumatlar toplanacaq. “Artıq həmin uşaqlara baxmaq üçün yerimiz və işçilər də hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR