Bank Of Baku

Misir Mərdanov: “Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayını artırmaqla dövlət büdcəsinə daxilolmaları artırmaq olar”

Misir Mərdanov: “Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayını artırmaqla dövlət büdcəsinə daxilolmaları artırmaq olar”
# 21 oktyabr 2008 09:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində ali məktəb tələbələrinin XIII fənn olimpiadasının yekun turu keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, son illər ölkədə istedadlı gənclərlə bağlı bır sıra proqramlar həyata keçirilir. Onlardan biri olan Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramı çərçivəsində artıq 250-yə yaxın azərbaycanlı gənc ARDNŞ-in ayırdığı maliyyə vəsaiti hesabına xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alır. Növbəti illərdə də bu işi davam etdirəcəklərini deyən nazirin sözlərinə görə, hazırda Azərbaycandan kənarda 4000-dən çox azərbaycanlı tələbə təhsil alır. Onların təxminən 1000 nəfərinin xərcləri dövlət tərəfindən ödənilir.

Hazırda Azərbaycanın ali məktəblərində 6500-dən çox əcnəbi tələbə təhsil alır. Misir Mərdanov hesab edir ki, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayını artırmaqla dövlət büdcəsinə daxilolmaların həcmini artırmaq olar. Malayziyanın bu sahədəki təcrübəsini bəyənən nazirin sözlərinə görə, 18 milyon nəfər əhalisi olan həmin ölkədə 80 min əcnəbi tələbə təhsil alır: “Hər əcnəbi tələbənin təhsil haqqının Azərbaycandakından 10-15 dəfə çox olduğunu nəzərə alsaq, görərik ki, büdcəyə nə qədər çox vəsait daxil olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR