Bank Of Baku

Misir Mərdanov: “Azərbaycanda müəllimlərin ixtisara salınması hələ nəzərdə tutulmur”

Misir Mərdanov: “Azərbaycanda müəllimlərin ixtisara salınması hələ nəzərdə tutulmur”
# 21 oktyabr 2008 10:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Misirdə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) filialının indiyədək açılmaması həmin ölkədə bu təhsil müəssisəsi üçün müvafiq yerin ayrılmamağı ilə əlaqədardır. APA-nın məlumatına görə, Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, ADNA-nın filialının açılması Misir hökumətinə üç il əvvəl təklif edilib. Misir dövlətinin öz ölkəsində ADNA-nın filialın açılmasında çox maraqlı olduğunu deyən nazirin sözlərinə görə, bu yaxınlarda Misirin Azərbaycandakı səfiri ilə keçirdiyi görüşdə bu məsələni müzakirə edib: “Bir neçə ay əvvəl isə Misirin iqtisadi inkişaf nazirinin Bakıya səfəri zamanı bu məsələ bir daha müzakirə edildi. Güman edirəm ki, Misir tərəfi bu məsələni müsbət həll edəcək”.

Nazirin sözlərinə görə, Azərbaycanda tam ingilis dilində tədris aparan universitetin olmasını istəsələr də, bu ideyanı hələ reallaşdıra bilmirlər: “Bəzi ali məktəblərin müxtəlif fənlərin ingilis dilində tədrisi çoxdan aparılır. Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində 10 ildir ki, bu iş görülür. Eyni zamanda, Azərbaycan Dövlət Tibb Universitetində bu iş görülür. Amma ümumilikdə bu prosesə tam keçilməyib”.

Misir Mərdanov Azərbaycanda müəllimlərin ixtisarının hələ nəzərdə tutulmadığını, amma müəllimlərin işə qəbulu prosesinə çox ehtiyatla yanaşdıqlarını söyləyib. Nazirin sözlərinə görə, orta məktəblərə müəllim axınının qarşısını almaq üçün bu məsələyə ehtiyatla yanaşırlar. Ucqar kəndlərin müəllimə olan tələbatını ödəmək üçün dövlət proqramı çərçivəsində hər il 1300-ə yaxın gənc həmin yerlərə göndərilir: “Artıq dördüncü ildir ki, bu iş aparılır. Problem tam hələ aradan qaldırılmayıb. Kəndlərdə yeddi minə yaxın müəllimə ehtiyac vardı. Artıq həmin məktəblərə beş minə yaxın müəllim göndərilib. Problem yəqin ki, yaxın iki il ərzində tam həll olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR