Bank Of Baku

110 yaşlı Lənkəran sakininə “OKA” avtomobili hədiyyə olunub

110 yaşlı Lənkəran sakininə “OKA” avtomobili hədiyyə olunub
# 23 oktyabr 2008 08:13 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev-APA. Lənkəran rayon Əhalinin Sosial Müdafiə Mərkəzində Azərbaycan prezidenti İlham Əliyevin adından rayonun Ürgə kənd sakini, 110 yaşlı Atakişi Şirvanova “OKA” markalı avtomobil hədiyyə olunub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov çıxış edərək respublikada şəhid ailələrinin, müharibə veteranlarının, tənha və kimsəsiz şəxslərin sosial ehtiyaclarının ödənilməsi məqsədilə kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Daha sonra “OKA” avtomobilinin açarları onun sahibinə təqdim olunub. 110 yaşlı Atakişi Şirvanov isə öz növbəsində göstərilən qayğıya görə rayon rəhbərliyinə və dövlət başçısına minnətdarlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR