Bank Of Baku

Azərbaycanda Xəzər dənizinə çirkab sular axıdan bir sıra müəssisə aşkarlanıb

Azərbaycanda Xəzər dənizinə çirkab sular axıdan bir sıra müəssisə aşkarlanıb
# 23 oktyabr 2008 08:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi bır sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktlarını aşkarlayıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar departamentin əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparıblar. Məlum olub ki, Lənkəran Su Kanal İdarəsinə məxsus Bioloji Təmizləyici Qurğuya və Bakı Kanalizasiya Xidmətləri İdarəsinin balansında olan Sahil və Hövsan Bioloji Təmizləmə Qurğularına daxil olan məişət çirkab suları təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır.
«Hacı-Həsən» və «Zığ» Mexaniki Təmizləmə Qurğularına daxil olan müxtəlif tərkibli çirkab suların təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Hacı-Həsən gölünə, daha sonra kanal vasitəsi ilə Bakı-Salyan şosesinin altından Lökbatan çimərliyinə axıdılması faktı aşkarlanıb.
Sumqayıt şəhərindəki «Azərikimya» Dövlət Şirkətinə məxsus Üzvi Sintez Zavodunun Bioloji Təmizləmə Qurğusuna daxil olan məişət çirkab və sənaye axıntı suları reqlament normalarına uyğun təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması müəyyənləşib.
Neftçala rayonundakı «Azəryod» MMC yod istehsalında istifadədən sonra formalaşan lay sularını təmizlənmədən Mil-Muğan kanalına və buradan Xəzər dənizinə axıdır.
Çatışmazlıqların aradan qaldırılması üçün müəssisələr cərimələnib və onlara icrası məcburi olan müddətli «məcburi göstəriş»lər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR