Bank Of Baku

Azərbaycanda məşğul əhalinin sayı 4,045 mln. nəfərə çatıb

Azərbaycanda məşğul əhalinin sayı 4,045 mln. nəfərə çatıb
# 23 oktyabr 2008 09:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda məşğul əhalinin sayı 2008-ci il oktyabr ayının 1-i vəziyyətinə 4 044,5 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin yanvar-avqust aylarında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 396,2 min nəfər, orta siyahı sayı isə 1 363,5 min nəfər təşkil edib. Onların 872,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 490,9 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,2%-i istehsal sahələrində - 13,3%-i sənayedə, 5,2%-i tikintidə, 2,7%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 24,9%-i təhsil, 19,6%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 9,9%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,1%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5,1%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 3,9%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,5%-i isə digər sahələrdə cəmlənib.
Cari ilin yanvar-avqust aylarında müəssisə və təşkilatlarda 5 min nəfər əcnəbi iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Əcnəbilərin 1,5 min nəfəri sənayedə, 1,3 min nəfəri tikintidə, 1 min nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində 0,5 min nəfəri topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 0,3 min nəfəri isə təhsil sahəsində işləyib.
Məşğulluq mərkəzlərinin məlumatına görə, 2008-ci il oktyabr ayının 1-i vəziyyətinə ölkə üzrə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 44 745 nəfər olub, onların da 2 190 nəfəri işsizliyə görə müavinət alanlardır. İşsizliyə görə müavinətin orta məbləği 122,5 manat təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 3 nəfər şəxsdən ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR