Bank Of Baku

Gənc alimlərin mənzil problemi ilə bağlı ölkə prezidentinə müraciət olunacaq

Gənc alimlərin mənzil problemi ilə bağlı ölkə prezidentinə müraciət olunacaq
# 03 noyabr 2008 10:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda yaşı 35-ə qədər olan 195 nəfər elmlər namizədi var. Onlardan 160-nın evə ehtiyacı var”. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri İlqar Orucov məlumat verib. İ. Orucovun sözlərinə görə, dekabrda AMEA prezidenti Mahmud Kərimovla gənglər və idman naziri Azad Rəhimovun gənc alimlərlə görüşü olacaq, görüşün sonunda gənc alimlərin mənzil problemlərinin həlli ilə bağlı ölkə prezidentinə müraciət olunacaq. Hazırda gənc alimlərin aylıq vəzifə maaşlarının 140-150 manat arası olduğunu deyən İ. Orucov bildirib ki, belə aşağı maaş ipoteka kreditləşməsindən də yararlanmağa imkan vermir. Ona görə də Rusiyada və digər ölkələrdə olduğu kimi Azərbaycanda da gənc alimlərlə bağlı xüsusi dövlət proqramı olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR