Bank Of Baku

Azərbaycan transsərhəd çaylarda keçirdiyi növbəti ekoloji monitorinqin nəticələrini açıqlayıb

Azərbaycan transsərhəd çaylarda keçirdiyi növbəti ekoloji monitorinqin nəticələrini açıqlayıb
# 03 noyabr 2008 11:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabrın III dekadasında keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrdə suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunub.
Kürün Şıxlı-2 məntəqəsində və Ağstafaçayda suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 5 dəfə, Ağstafaçay Su Anbarında isə fenol və mis birləşmələri 2 dəfə YVQH-ni keçib. Biogen maddələr və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 1,8 dəfə, Ağstafaçayın Qazax məntəqəsində 1,6 dəfə, Ağstafaçay Su Anbarında isə 2 dəfə YVQH-ni keçib. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Aparılan monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıqdır. Suyun əsas çirkləndiricilərindən olan fenollar çayın Horadiz və I Şahsevən məntəqələrində 3, Bəhramtəpə məntəqəsində 2 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Horadiz, I Şahsevən və Bəhramtəpə məntəqələrində 3 dəfə YVQH-ni ötüb.
Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1,2 dəfə, Bəhramtəpədə 1,4 dəfə, I Şahsevəndə 1,8 dəfə YVQH-ni keçib. Bunun da əsas səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,82-7,64 mq/l arasında dəyişərək norma daxilində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR