Bank Of Baku

Azərbaycanda özəl mühafizə xidmətləri hazırlayan məktəb açılıb

Azərbaycanda özəl mühafizə xidmətləri hazırlayan məktəb açılıb
# 05 noyabr 2008 12:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın «Delta Group» şirkəti ölkədə ilk dəfə özəl mühafizə xidmətləri hazırlayan məktəb açıb. APA-nın bildirdiyinə görə, bu barədə «Delta Group» şirkətinin direktoru Rasim Rzayev məlumat verib. Onun sözlərinə görə, məktəbdə özəl mühafizə xidmətlərində çalışmaq istəyənlərə 90 saatlıq təlim kursu keçiriləcək: «Azərbaycan qanunvericiliyinə görə, 20 yaşdan yuxarı və hazırlığı olan şəxslər mühafizə xidmətlərində işləyə bilərlər. Bu kurslarda davranış, özünümüdafiə, hüquqi normalar, mühafizəçinin vəzifələri, ilk tibbi yardım və s. öyrədiləcək. Kurslar ödənişli və ödənişsiz olacaq. Məktəbi bitirənlərə şəhadətnamə veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR