Bank Of Baku

Azərbaycanda içməli su ehtiyatları məhdud olan daha 50 kəndinin su təminatı işləri yekunlaşır

Azərbaycanda içməli su ehtiyatları məhdud olan daha 50 kəndinin su təminatı işləri yekunlaşır
# 05 noyabr 2008 12:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın içməli su ehtiyatları məhdud olan Kür və Araz çaylarının suyundan istifadə edən daha 50 kənddə sutəmizləyici qurğuların quraşdırılması işlərini yekunlaşdırmaq üzrədir. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu kəndlər Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən təmiz içməli su ilə təmin ediləcək.
Artıq ümumi əhalisi 55 mindən artıq olan 8 rayonun - Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçalanın 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilib.
Bu işlər respublika prezidentinin 2007-ci il iyunun 20-də təsdiqlədiyi «Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında» sərəncam əsasında görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR