Bank Of Baku

Səhiyyə naziri: “Səhiyyə sisteminin yeni maliyyələşmə modeli ilə bağlı bir neçə əmr hazırlanıb”

Səhiyyə naziri: “Səhiyyə sisteminin yeni maliyyələşmə modeli ilə bağlı bir neçə əmr hazırlanıb”
# 05 noyabr 2008 13:57 (UTC +04:00)
Şamaxı. Şahnəzər Bəşirov-APA. “Azərbaycanın səhiyyə sistemində yeni maliyyələşmə modelinin tətbiqi ilə bağlı bir neçə əmr hazırlanıb”. APA-nın Şirvan bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Nazir bildirib ki, indiyə qədər səhiyyə sisteminin maliyyələşdirilməsi SSRİ dövründən qüvvədə olan normativlərlə tənzimlənib: “Bu tələblər isə müasir zamana uyğun deyil. Köhnə normativlərlə işləyən 50 çarpayılıq xəstəxanalarda şöbələrdən asılı olaraq, 1,5 - 2 ştat yerində həkim çalışırdı. Bu, düzgün deyil. Müasir dövrdə xəstələr xəstəxanada az müddətdə qalaraq müalicə olunurlar. Eyni zamanda, xəstəxanalara böyük axın var. Bunları tənzimləmək üçün Dünya Bankı və Azərbaycan hökumətinin birgə layihəsi çərçivəsində ekspertlər bütün normativlərə yenidən baxdı”.

O. Şirəliyev bildirib ki, hazırda müasir ölkələrdə tələb olunan tibb işçilərinin sayı xəstəxanalardakı çarpayıların sayına deyil, əhalinin sayına uyğun ölçülür. Nazir deyib ki, yeni maliyyə mexanizmi əhaliyə daha dəqiq və keyfiyyətli tibbi xidmətin göstərilməsinə imkan verəcək.

Nazirin sözlərinə görə, yeni normativlər artıq Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib. Yaxın zamanlarda bununla bağlı verilən əmrlər səhiyyə işçilərinə və tibb müəssisələrinin rəhbərlərinə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR