Bank Of Baku

Azərbaycanda poçt işçilərinin əmək haqları 25% artırılıb

Azərbaycanda poçt işçilərinin əmək haqları 25% artırılıb
# 06 noyabr 2008 14:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Azərpoçt» Dövlət Müəssisəsinin strukturuna daxil olan müəssisələrdə (mərkəzi aparat istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2008-ci ilin noyabr ayının 1-dən 25% artırılıb.
Nazirliyin poçt sektorunun müdiri Novruz Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, artım RİTN-in daxili imkanları hesabına baş verib. Artımdan sonra poçt işçilərinin orta aylıq əmək haqqı 125 manata çatıb.
Ümumilikdə isə bu ilin yanvar-sentyabr ayları ərzində RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqları təqribən 11,2% artırılıb və 225,8 manat təşkil edib.
Qeyd edək ki, hazırda Azərbaycanda 6 mindən çox poçt işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR