Bank Of Baku

Azərbaycan gələn il hərbi qulluqçuların pul təminatına çəkilən xərcləri 140 mln. manat artıracaq

Azərbaycan gələn il hərbi qulluqçuların pul təminatına çəkilən xərcləri 140 mln. manat artıracaq
# 06 noyabr 2008 14:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın 2009-cu il dövlət büdcəsinin layihəsində müdafiə və təhlükəsizlik sektorunda çalışan hərbi qulluqçuların pul təminatının artırılması üçün əlavə olaraq 140,4 mln. manat vəsait nəzərdə tutulub. «APA-Economics»in bildirdiyinə görə, bu barədə noyabrın 6-da Milli Məclisdə «2009-cu il dövlət büdcəsi haqqında» qanun layihəsinin müzakirəsi zamanı məlumat verilib.
Qeyd edək ki, 2009-cu ilin dövlət büdcəsinin layihəsində «Müdafiə xərcləri» funksional bölməsi üzrə 1 205,520 mln. manat vəsait nəzərdə tutulub. Bu, 2008-ci ilin müvafiq proqnoz göstəricisindən 10,3% azdır.
Ayrılan vəsaitin 1 115,948 mln. manatı müdafiə qüvvələrinə, 84,561 mln. manatı milli təhlükəsizlik, 2,633 mln. manatı tətbiqi tədqiqatlar, 2,376 mln. manatı isə digər kateqoriyalar üzrə xərclərdir.
Maliyyə naziri Samir Şərifov bildirib ki, ölkənin müdafiə xərclərinin ötən il ilə müqayisədə az olması narahatçılıq doğurmamalıdır. «Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, müdafiənin maddi-texniki bazasının təkmilləşdirilməsi işlərinin davamı olaraq 2009-cu ildə müdafiə xərclərinə tələb olunan məbləğdə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılmasına isə 13,6% çox vəsait yönəldilib», - deyə maliyyə naziri vurğulayıb.
Dövlət büdcəsinin «Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri» funksional bölməsi üzrə 2009-cu ildə 680 234,3 min manat vəsaitin ayrılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR