Bank Of Baku

Mingəçevir şəhərinin 60 illik yubileyi ilə bağlı tədbirlər keçirilib

Mingəçevir şəhərinin 60 illik yubileyi ilə bağlı tədbirlər keçirilib
# 11 noyabr 2008 11:56 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Bu gün Mingəçevirdə şəhərin 60 illiyi münasibəti ilə tədbirlər keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, ilk öncə Mingəçevir şəhər İcra Hakimiyyətinin və Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının birgə təşəbbüsü ilə hazırlanan “Mingəçevir bu gün” kitabının və “Mingəçevir şivəsi” dialektoloji lüğətinin təqdimatı olub. Yubileylə bağlı Heydər Əliyev prospektində tikilən yolüstü keçidin açılışı keçirilib. Daha sonra Mingəçevirin ilk qurucularının şərəfinə tikilən “İlk qurucular” parkının, Heydər Əliyev muzeyində Heydər Əliyevin büstünün açılış mərasimləri olub. Heydər Əliyev parkında milli meydan tamaşaları təşkil olunub. Axşam saatlarında isə şəhərin yubileyi ilə bağlı konsert proqramı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR